Vəli İsrafilov: "Növbəti yarışlarda qızıl medal üçün çalışacağam" - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 08:10
300
Vəli İsrafilov: "Növbəti yarışlarda qızıl medal üçün çalışacağam" - VİDEO

"Fərqli kateqoriyada çıxış edirdim”.

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan paraüzgücü Vəli İsrafilov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

İsrafilov bu nəticəni əldə etdiyi üçün xoşbəxt olduğunu vurğulayıb: “Gümüş medala yaxın idim. Təəssüf ki, alınmadı. Növbəti yarışlarda qızıl medal üçün çalışacağam”.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz