Olimpiya çempionunun qələbəsi milli bayram kimi qeyd ediləcək

Xəbərlər
11 Sentyabr 2024 16:03
316
Olimpiya çempionunun qələbəsi milli bayram kimi qeyd ediləcək

Sent-Lüsiyada ilk Olimpiya çempionu, atlet Julienne Alfredin şərəfinə milli bayram elan olunub.

İdman.biz xəbər verir ki, bu barədə ada dövlətinin baş naziri Filip Pyer açıqlama verib.

Bayram sentyabr 27-də baş tutuacaq. Həmin şənlik “Julien Alfred Günü” kimi hər il qeyd olunacaq.

Avqustun 3-də Alfred 100 m məsafəyə qaçışda Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub və ölkəyə ilk Olimpiya medalını qazandırıb. Daha sonra 23 yaşlı atlet 200 m məsafəyə qaçışda gümüş medal əldə edib.

Qeyd edək ki, Sent-Lüsiya 1996-cı ildən Yay Olimpiya Oyunlarında iştirak edir.

İdman.biz