Paris-2024-ün qalibi olan reqbi üzrə Fransa millisi maraqlı şəkildə baş məşqçi axtarışına çıxıb.
İdman.biz xəbər verir ki, Fransa Reqbi Federasiyası (FFR) “linkedin” hesabında bununla bağlı post paylaşıb.
FFR-i namizədlərə 2026-cı ilə qədər müqavilə təklif edir. Onlardan əlçatan olmaları ilə yanaşı, həmçinin vəzifə və təcrübələrini əks etdirən müvafiq diplomlar tələb olunur.
Qeyd edək ki, Fransa yığması Jerom Darenin rəhbərliyi ilə bu il Olimpiya çempionu olub.
İdman.biz