Azərbaycanın daha üç idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.
İdman.biz Report.az-a istindən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsindən məlumat verilib.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş yarışlarında bürünc medal qazanan Maqomedxan Maqomedovdan başqa digər 5 mükafatçılarımızın medalları yararsız hala düşüb.
Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafat qazanan boksçu Alfonso Dominqes və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib.
Qeyd edək ki, daha əvvəl taekvondoçu Qaşım Maqomedovla yunan-Roma güləşçisi Həsrət Cəfərovun medalları yararsız hala düşmüşdü.
İdman.biz