Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gənclər və böyüklər arasında keçirilən dünya çempionatı başa çatıb.
Milli Paralimpiya Komitəsindən İdman.biz-a verilən məlumata görə, gənclər arasında keçirilən yarışda idmançılarımız altı qızıl və iki gümüş medala sahib çıxıblar.
Komandamızda Leyla Kərimova (+86 kiloqram) iki qızıl, Zəhra Dadaşova (55 kiloqram) iki qızıl, Rəsul Zəkiyev (80 kiloqram) iki qızıl, Talıb Zeynalov isə (+107 kiloqram) iki gümüş medal qazanıb.
İdman.biz