“Qarabağ Ermənistandır, Krasnodar da” deyən dünya çempionu Rusiyada həbs olunub - VİDEO

Xəbərlər
27 Mart 2025 12:09
383
“Qarabağ Ermənistandır, Krasnodar da” deyən dünya çempionu Rusiyada həbs olunub - VİDEO

Pauerliftinq üzrə dünya çempionu Vladimir Vanyan həbs olunub.

İdman.biz Sport-express.ru-ya istinadən xəbər verir ki, bu barədə qərarı Rusiyanın Krasndoar şəhərinin Lenin rayon məhkəməsi verib.

Buna erməni blogerin martın 24-dəki hərəkətləri səbəb olub. İçkili dünya çempionu yutubda canlı yayımda təhqiramiz ifadələr səsləndirib. O, Rusiyanın Federal Təhlükəsizlik Xidmətini, həmçinin xüsusi hərbi əməliyyatların keçirilməsini təhqir edib, “Qarabağ Ermənistandır, Krasnodar da” deməkdən də çəkinməyib.

Artıq ertəsi gün içkinin təsirindən ayılan Vanyan yutubdakı materialı silib. Lakin bu da onu xilas etməyib.

Gizlənməyə çalışan erməni həbs olunarkən üzr istəyib, Rusiyanı sevdiyini, hərbi xidmətə belə getmək istədiyini bildirib. Məhkəmə onun barəsində 13 sutkalıq həbs cəzası verib.

İdman.biz