Azərbaycan avarçəkəni dünya çempionatında

Xəbərlər
16 İyul 2024 11:08
212
Azərbaycan avarçəkəni dünya çempionatında

Azərbaycan avarçəkəni dünya çempionatında iştirak edəcək

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında kanoe üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti açıqlayıb.

İyulun 17-21-də keçiriləcək yarışda avarçəkmə millimizi Paşa Əsgərov təmsil edəcək. Dörd gün davam edəcək çempionatda idmançılar kanoe, kayak və akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafədə güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışda 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.

İdman.biz

Məqalədə: