Avarçəkənlərimiz Dünya çempionatında iştirak edəcək

Xəbərlər
6 Sentyabr 2024 11:50
86
Avarçəkənlərimiz Dünya çempionatında iştirak edəcək

Sentyabrın birinci yarısında İtaliyanın Genuya şəhərində sahil avarçəkməsi və çimərlik sprinti üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, sentyabrın 6-8-də baş tutacaq sahil avarçəkməsi üzrə mundialda Bakı Avarçəkmə Kanoe İdman klubu adından qadınlar arasında Diana Dımçenko, kişilərdə isə Murad Sadıxov birnəfərlik qayıqda mübarizə aparacaq.

Qeyd edək ki, 2028-ci ildə Los-Anceles olimpiadasının təqvim planına daxil edilən çimərlik sprinti üzrə dünya çempionatı sentyabrın 13-15-də təşkil olunacaq.

İdman.biz

Məqalədə: