Avarçəkənlərimiz dünya çempionatının startını gözləyir

Xəbərlər
13 Sentyabr 2024 10:31
711
Avarçəkənlərimiz dünya çempionatının startını gözləyir

Bu gün İtaliyanın Genuya şəhərində çimərlik sprinti üzrə dünya çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, turnirdə 2 idmançımız iştirak edəcək.

Diana Dımçenko və Murad Sadıxov medallar uğrunda yarışacaq. Sentyabrın 15-ə qədər davam edəcək yarışda hər 2 avarçəkənimiz bir nəfərlik qayıqda çıxış edəcək.

Qeyd edək ki, avarçəkmənin çimərlik sprinti növü 2028-ci il Los-Anceles olimpiadasının təqvim planına daxil edilib.

İdman.biz

Məqalədə: