Macarıstanda kayak və kanoe üzrə beynəlxalq turnir start götürür

Xəbərlər
19 Sentyabr 2024 11:23
67
Macarıstanda kayak və kanoe üzrə beynəlxalq turnir start götürür

Macarıstanda kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək.

İdman.biz xəbər verir ki, Seqed şəhərində təşkil olunacaq yarışda Azərbaycanı böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə 5 idmançı təmsil edəcək.

Ölkəmizi Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə isə kanoe növündə təmsil edəcək.

Qeyd edək ki, turnir 19-22 sentyabr tarixlərində baş tutacaq.

İdman.biz

Məqalədə: