Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib - FOTO

Xəbərlər
29 Sentyabr 2024 18:06
123
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnir Bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında keçirilib.

Yarışda Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, SOCAR və “Azərişıq” ASC-nin əməkdaşları kayak növündə mübarizə aparıblar.

İştirakçılar kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda, kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda yarışıblar. Qaliblər diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.

Yarışın nəticələri aşağıdakı kimidir.

Kişilər (K-1)

1. Rüfət Əhmədov – FHN

2. Vüsal Cavadov – Ədliyyə Nazirliyi

3. Hüseyn Quliyev – GİN

Kişilər (K-2)

1. Etibar Əsədov-Elşad Kərimov – SOCAR

2. Vüsal Cavadov-Samir Kazımov – Ədliyyə Nazirliyi

3. Özcan Kərimov-Əli Hacıyev – FHN

Qadınlar (K-1)

1. Leyla Əliyeva – FHN

2. İlahə Çələbiyeva – GİN

3. Janna Məmmədova – Xəzər Dəniz Gəmiçiliyi

QARIŞIQ KOMANDA (K-2)

1. Janna Məmmədova-Mixail Protasov – Xəzər Dəniz Gəmiçiliyi

2. Leyla Əliyeva- Rüfət Əhmədov – FHN

3. İlahə Hacıyeva-Etibar Əsədov – SOCAR

İdman.biz