“Mingəçevir Reqatası-2024”da 12 ölkə - ilk dəfə Füzulidə

Xəbərlər
12 Oktyabr 2024 17:08
180
“Mingəçevir Reqatası-2024”da 12 ölkə - ilk dəfə Füzulidə

Oktyabr 16-18 tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 12 ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.

Ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.

Yarışlara oktyabrın 16-da Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. Bir gün sonra Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərini təşkil edib.

İdman.biz

Məqalədə: