Füzuliyə yeni köç edən gənclər Aşağl Kəndələnçayda avar çəkəcək - FOTO

Xəbərlər
15 Oktyabr 2024 22:48
78
Füzuliyə yeni köç edən gənclər Aşağl Kəndələnçayda avar çəkəcək - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatlığı ilə (AKAF) “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə Qarabağda - ilk dəfə Füzulidə keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış öncəsi Füzulidə yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib.

Tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və “Mingəçevir Reqatası” haqqında sakinlərə məlumat verilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirdiyi bildirilib. Federasiya daha bir ilkə imza ataraq “Mingəçevir Reqatası-2024”-ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcəyi vurğulanıb. Qeyd olunub ki, yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.

Tədbir zamanı “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra Aşağı Köndələnçay su anbarında avarçəkmə idman növündə özünü sınamaq istəyən yeniyetmə və gənclər arasında qeydiyyat aparılıb. Görüş yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib.

Tədbirdə yarışın keçirilmə qaydaları komanda təmsilçilərinə ətraflı izah edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin idmançıların çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi baş tutub.

İdman.biz