“Mingəçevir reqatası-2024”ə start verilir

Xəbərlər
16 Oktyabr 2024 09:11
324
“Mingəçevir reqatası-2024”ə start verilir

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”ə start veriləcək.

İdman.biz xəbər verir ki, turnir Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq.

Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Məqalədə: