Vüsal Qurbanov: “Azərbaycan idmançılarından daha çox medal gözləyirik”

Xəbərlər
16 Oktyabr 2024 11:07
147
Vüsal Qurbanov: “Azərbaycan idmançılarından daha çox medal gözləyirik”

“Burada çox güclü idmançılar çıxış edirlər”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir reqatası-2024”lə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yarışın nüfuzu son illərdə artmaqdadır: “Bundan öncə də işğaldan azad olunan ərazilərimizdə yarışlar keçirilib. Federasiyamız daha bir ilkə imza atacaq. “Mingəçevir reqatası 2024” beynəlxalq turnirinin açılış mərasimi Füzulinin işğaldan azad olunması günündə sabah Füzulidə Aşağıköndələn çay su anbarında baş tutacaq. Burada idmançıların rəsmi paradı olacaq. Sonra isə yarışların açılış mərasimi keçiriləcək. Bu gün isə Mingəçevirdə avarçəkmənin vətəni sayılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzində qısa açılış və yarışlara start verildi. Burada çox güclü idmançılar çıxış edirlər. Türkiyə, Gürcüstan, Moldova və s. ölkələr mükafatlara iddialıdırlar”.

O qeyd edib ki, bu turnirdə Azərbaycan idmançılarından daha çox medal gözləyirlər: “Bilirik ki, onlar yarışa tam hazırdırlar”.

Aytac Sahəd
İdman.biz