"Mingəçevir Reqatası-2024": İlk gündə 7 medal - FOTO

Xəbərlər
16 Oktyabr 2024 14:54
488
"Mingəçevir Reqatası-2024": İlk gündə 7 medal - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində ilk günün yarışları davam edir.

İdman.biz xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan reqatanın ilk günündə komandamız 7 medal qazanıb.

Cavid Vəlizadə 1 nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların 1000 m məsafədə mübarizəsində üçüncü yer tutub.

Daha öncə Amil Ramazanov finiş xəttinə hamıdan tez çatıb. O, 2006-2007 təvəllüdlü idmançıların 500 m məsafəyə kayak üzrə mübarizəsində birinci olub.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.

2006-2007 təvəllüdlü idmançıların 1500 m məsafəyə akademik avarçəkmə üzrə mübarizəsində Nurlan Paşayev qızıl, Cagangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.

Qeyd edək ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Aytac Sahəd
İdman.biz