"Mingəçevir reqatası-2024”ün qalibi: “Özümdən bu nəticəni gözləyirdim”

Xəbərlər
16 Oktyabr 2024 16:04
131
"Mingəçevir reqatası-2024”ün qalibi: “Özümdən bu nəticəni gözləyirdim”

"Belə yarışların keçirilməsi beynəlxalq turnirlərdəki nəticələrimizə də böyük təsir göstərir".

Bunu İdman.bizə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində qızıl medal qazanan Nurlan Paşayev deyib.

O bildirib ki, yarış gözlədiyindən çətin keçib: "Ancaq ağır məşqlər sayəsində birinci yer tutdum. İyun ayında Avstriyada keçirilən Vyana reqatasında da birinci yer tutmuşdum. Ordan gələndən sonra da fasilə vermədən məsuliyyətlə yarışlara hazırlaşırdım. Özümdən bu nəticəni gözləyirdim. Bundan sonrakı əsas yarışlarımız 2025-ci ildə olacaq"

Qeyd edək ki, Nurlan Paşayev turnirdə 2006-2007 təvəllüdlü idmançıların 1500 m məsafəyə akademik avarçəkmə növündə fərqlənib.

"Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Aytac Sahəd
İdman.biz