"Mingəçevir reqatası-2024”ün açılış mərasimi keçirilib - FOTO - VİDEO

Xəbərlər
17 Oktyabr 2024 11:56
265
"Mingəçevir reqatası-2024”ün açılış mərasimi keçirilib - FOTO - VİDEO

Füzulidə "Mingəçevir reqatası-2024”ün Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Aşağı Köndələnçay su anbarında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbirin təşkilatçılarına təşəkkür edib: "Tarixi və əlamətdar gündür. İkinci dəfə Füzulinin şəhər günü qeyd olunur. İlk dəfə beynəlxalq turnirin burada təşkili buna rəng qatır. Dörd il əvvəl Füzuli işğaldan azad olundu. Xalqımız öz torpağına qovuşdu".

Yarışı açıq elan edən Fərid Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb: "Qarabağa, Füzuliyə xoş gəlmisiniz".

Qeyd edək ki, Füzulinin işğaldan azad olunmasından dörd il keçir. Reqata oktyabrın 18-də başa çatacaq.

Aytac Sahəd
İdman.biz