Namibiya Olimpiya Komitəsinin prezidenti: “İnanmazdım ki, nə vaxtsa bu cür yarışı canlı izləyə biləcəm”

Xəbərlər
17 Oktyabr 2024 13:52
266
Namibiya Olimpiya Komitəsinin prezidenti: “İnanmazdım ki, nə vaxtsa bu cür yarışı canlı izləyə biləcəm”

“Təşkilatçılıq yüksək səviyyədədir”.

İdman.biz xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub deyib.

O bildirib ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri yüksək səviyyədə keçir: "Bu turnirdə olmaq mənim üçün böyük şərəfdir. İnanmazdım ki, nə vaxtsa bu cür yarışı canlı izləyə biləcəm. Burada olmaqdan məmnunam. Azərbaycandan Afrika ölkələrinə ötürmək istədiyim mesaj sülh və əmin-amanlıqdır. İdman insanları birgə əməkdaşlığa dəvət edən sahədir. Azərbaycandan öyrənəcəyimiz çox şey var”.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz