Çingiz Hüseynzadə: "Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək"

Xəbərlər
17 Oktyabr 2024 14:14
276
Çingiz Hüseynzadə: "Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək"

“Son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir”.

İdman.biz xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə işğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə təşkil edilən "Mingəçevir Reqatası-2024" barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Füzulidə təşkil edilən yarışın böyük əhəmiyyəti var: "Bu gün həm də şəhərin işğaldan azad olunduğu tarixidir. Əcnəbi qonaqların turniri izləməsini xüsusi əhəmiyyətə malikdir. Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək”.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz