"Mingəçevir reqatası-2024”: Daha 2 idmançımız fəxri kürsüdə

Xəbərlər
17 Oktyabr 2024 14:35
119
"Mingəçevir reqatası-2024”: Daha 2 idmançımız fəxri kürsüdə

Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

İdman.biz xəbər verir ki, Aşağı Köndələnçay su anbarındakı yarışda Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 m məsafəyə kayakla mübarizədə birinci olub.

Cavid Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 m məsafəyə kanoe yarışında üçüncü olub.

Qeyd edək ki, yarışın birinci günündə Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər. Reqata oktyabrın 18-də başa çatacaq.

Aytac Sahəd
İdman.biz