Fərid Qayıbov: “Bu, ölkəmizdə idmanın inkişafından xəbər verir”

Xəbərlər
17 Oktyabr 2024 15:10
267
Fərid Qayıbov: “Bu, ölkəmizdə idmanın inkişafından xəbər verir”

“Bilirsiniz ki, Bakı 2026-ci ildə dünyanın idman paytaxt seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə keçirilən reqata barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Füzulidə əsl bayram ab-havası yaşanır: “Həm şəhərin işğaldan azad olunma günüdür, həm də beynəlxalq turnir təşkil edilib. Əvvəllər də Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Reqata isə ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Son bir həftə ərzində Azərbaycanda iki böyük beynəlxalq yarış - “TeamGym” üzrə 15-ci Avropa çempionatı və "Mingəçevir Reqatası" keçirilir. Bu da ölkəmizdə idmanın inkişafından xəbər verir. İdman insanları bir araya gətirən önəmli sahədir. Hər kəs burdadır. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər. Ümid edirik ki, gələcəkdə bu reqataya qatılan idmançıların sayında artım olacaq”.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz