"Mingəçevir reqatası-2024”: Bağlanış mərasimi keçirilib - FOTO - VİDEO

Xəbərlər
18 Oktyabr 2024 14:41
153
"Mingəçevir reqatası-2024”: Bağlanış mərasimi keçirilib - FOTO - VİDEO

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, ilk olaraq yarışın sonuncu günündə medal qazanmış idmançılar mükafatlandırılıblar.

Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.

Qeyd edək ki, yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.

Aytac Sahəd
İdman.biz