AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək - VİDEO

Xəbərlər
9 Noyabr 2024 17:01
177
AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək - VİDEO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Bakıda təşkil olunacaq COP29-a dəstək xarakterli “Təmiz suda avar çək!” devizi altında Bakı bulvarında genişmiqyaslı yürüş təşkil ediləcək.

İdman.biz xəbər verir ki, yürüşə 50-dən çox fəxri qonaq qatılacaq.

Tanınmış simalardan Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, “Charles Regatta” İdarə Heyətinin rəhbəri Frederik Şox və Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li COP-29 üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, yürüş noyabrın 17-də olacaq.

İdman.biz

Məqalədə: