Məşqçimiz Beynəlxalq Avarçəkmə Federasiyasının kursunda - FOTO

Xəbərlər
28 Fevral 2025 14:27
81
Məşqçimiz Beynəlxalq Avarçəkmə Federasiyasının kursunda - FOTO

Beynəlxalq Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində avarçəkmə və paraavarçəkmə üzrə 1-ci səviyyəli məşqçilik kursu keçirilib.

İdman.biz xəbər verir ki, kursda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məşqçisi Viktor Ozerov da iştirak edib.

Beynəlxalq Avarçəkmə Federasiyasının 3 təlimatçısının iştirakı ilə keçirilən kursun əsas məqsədi yüksək texniki bacarıqlara və biliklərə malik savadlı məşqçilər hazırlamaq, əlilliyi olan şəxslərin paraavarçəkmə idman növündə fəal iştirakını təmin etmək, onların sosial və fiziki inkişafına töhfə verməkdən ibarətdir.

İdman.biz