Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, əyləncəli proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq.
Bununla yanaşı, sakinlərə avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı yaradılacaq.
Qeyd edək ki, proqram aprelin 28-də Köndələnçay su anbarında təşkil olunacaq. Reqataya isə mayın 2-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) yekun vurulacaq.
İdman.biz