Bu gün Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov toplantı iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.
Yığıncaqda Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib. Röyal Süleymanov Azərbaycan Reqbi Federasiyasının prezidenti seçilib.
Toplantıda Ernesto Ferlenq birinci vitse-prezident, Səbuhi Qarayev vitse-prezident, Raqif Hüseynli və Vaqif Səadətxan isə İdarə Heyətinə üzv seçiliblər.
Röyal Süleymanov, Ernesto Ferlenq və Vaqif Səadətxan öz çıxışlarında göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür ediblər və qurumun bundan sonrakı fəaliyyəti, qarşıdakı planları barədə danışıblar.
İdman.biz