Yığmamız Süleymanpaşa Optimist Kubokunda

Xəbərlər
28 Avqust 2024 12:43
97
Yığmamız Süleymanpaşa Optimist Kubokunda

Azərbaycan yelkən idmanı millisi beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Yelkən Federasiyasının mətbuat xidməti açıqlayıb.

İdmançılarımız VIII Beynəlxalq Süleymanpaşa Optimist Kubokuna qatılacaq. Məşqçi Panagiotis Papadakisin yetirmələri Kamilla Həsənova, Amira Bayramova, Mansur Səmədzadə, Səma Mansurzadə, Kamal Bəşirli, Yağmur Həsənli və Nurlan Ağazadə mükafatlar uğrunda mübarizə aparacaq. Onlardan dördü ilk dəfə beynəlxalq yarışa qatılacaq və bu səviyyədə təcrübə qazanacaq. Komandamıza Burcu Algon Giorgianni rəhbərlik edəcək.

Qeyd edək ki, Türkiyədəki yarış sentyabrın 1-5-də Süleymanpaşada (Tekirdağ) baş tutacaq.

İdman.biz