Sentyabrın 19-21-də Azərbaycan Yelkən Federasiyasının (SFA) və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) dəstəyi ilə “SFA Federasiya Kuboku 2024” yarışı keçirilib.
İdman.biz xəbər verir ki, turnir Optimist, ILCA 4 və Windsurf sinifləri üzrə baş tutub.
Optimist sinfi üzrə ümumi yarışlarda birinci yeri Furkan Mustafayev qazanıb. Optimist Qızlar və Optimist Junior sinifləri üzrə isə Yağmur Həsənli birinci yeri tutub.
ILCA 4 sinifi üzrə isə Fidan Ağazadə birinci yeri qazanıb. Gənc idmançılar öz qabiliyyətlərini nümayiş etdirərək böyük uğurlara imza atıblar.
“SFA Federasiya Kuboku-2024”ün qaliblərinin mükafatlandırma mərasimində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, AGİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın vitse-prezidenti Bucu Algon Giogianni iştirak edibər.
“SFA Federasiya Kuboku-2024"ün qaliblər
Windsurf Open sinifi
1-ci yer: Jabi Ağayev
2-ci yer: Ruslan Abbasov
3-cü yer: Elnur İsgəndərov
Optimist Ümumi sinifi
1-ci yer: Nərgiz Məmmədova
2-ci yer: Furkan Mustafayev
3-cü yer: Davud Babazadə
Optimist Qızlar sinifi
1-ci yer: Nərgiz Məmmədova
2-ci yer: Emel Məmmədli
3-cü yer: Yağmur Həsənli
Optimist Junior sinifi
1-ci yer: Yağmur Həsənli
2-ci yer: Nurlan Ağazadə
3-cü yer: Giorgi Grigolia
ILCA 4 sinifi
1-ci yer: Fidan Ağazadə
2-ci yer: Nəzrin Məmmədova
3-cü yer: Bahadır Məmmədli
Qeyd edək ki, “SFA Federasiya Kuboku" artıq yeddinci ildir ki, ənənəvi olaraq keçirilir. Bu ilki yarışlarda Gürcüstan və Malta ölkələrinin idmançıları da iştirak edib.
İdman.biz