Yelkənçilər Sloveniyaya beynəlxalq yarışa yollanıblar - FOTO

Xəbərlər
13 Aprel 2025 13:36
40
Yelkənçilər Sloveniyaya beynəlxalq yarışa yollanıblar - FOTO

Azərbaycanı Sloveniyanın İzola şəhərində keçiriləcək “Easter Regatta 2025” beynəlxalq yarışında təmsil edəcək yelkənçilər müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Yelkən Federasiyası məlumat yayıb.

Komandanın rəhbəri Burcu Algon Giorgianni və məşqçi Panagiotis Papadakisin rəhbərliyi altında Emel Məmmədli, Kamal Bəşirli, Furkan Mustafayev, Ameliya Əliyeva, Yağmur Həsənli və Amira Bayramova turnirdə mübarizə aparacaq.

Qeyd edək ki, heyət 16-20 apreldə baş tutacaq yarışında iştirak üçün bu gün Sloveniyaya yola düşüb.

İdman.biz