“Hər iki komandanın ifasında maraqlı oyun oldu”.
İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis Azərbaycan kubkunun yarımfinalında “Zirə”yə 1:2 hesablı məğlubiyyət barəsində danışıb: “Hücumda çox top itkilərinə yol verdik. Rəqib də bundan istifadə edib, qol vurdu. İkinci yarıda dəyişikliklər etdik. Meydana daxil olanlar oyunu dəyişməyə cəhd etdilər. Bundan sonra üstünlük əlimizə keçdi. "Zirə" artıq əks-hücumlara güc verirdi. Kombinasiyalı hücumla maraqlı qol vurduq. Rəqibin vurduğu qolların qarşısını almaq olardı. Xüsusilə də ilk qol zamanı. Bununla hər şey bitmir. Oyunu təhlil edəcəyik. Təhlildən nəticə çıxarıb cavab görüşünə hazırlaşacağıq”.
Tsxadadze çoxlu top itkilərini yol verdiklərinin vurğulayıb. O, komandanın qapıçıları ilə danışıcağını bildirib: “Qapıçılarla bağlı suallar var. Onlarla danışacam. Futbolçular çoxlu top itkilərinə yol verirlər. Hücumda sadə oynamırdıq. Epizodlar oldu ki, hücumçulara top gəlirdi, amma çox sadə şəkildə topu itirirdilər. Rəşad Sadıqov çox yaxşı komanda formalaşdırıb. Bəzi epizodlarda biz də hücumda yaxşı idik. Hələ qarşıda cavab oyunu var. Bir qol hər şeyi həll edə bilər. Fiziki cəhətdən problemimiz yoxdur. Oyunun sonlarına yaxın da komanda çox hərəkətli idi. Hücumçuların imkanları reallaşdıra bilməməsindən narazıyam. Bu da futbolçuların fərdi keyfiyyətlərindən irəli gəlir.”.
Qeyd edək ki, “Qəbələ” Azərbaycan kubokunun son qalibidir.
İdman.biz