Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri keçiriləcək.
Azərbaycan Sambo Federasiyasından İdman.bizə verilən məlumata görə, yarışda ölkəmizi 3 yaş qrupu üzrə ümumilikdə 22 samboçu təmsil edəcək.
Bunların 7-si böyüklər, 7-si gənclər və 8-i yeniyetmələr kateqoriyasında mübarizə aparacaq.
Böyüklər: Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ağani Məmmədov (88 kq), Rəsul Aydəmirov (98 kq), Sabir İsayev (+98 kq);
Gənclər: Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq);
Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev (88 kq), Ramal Cavadov (98 kq), Hacbaba İmaməliyev (+98 kq).
Mayın 9-10-da Avropa çempionatı, növbəti 2 gündə isə Avropa birincilikləri baş tutacaq.
Qeyd edək ki, komandalarımıza böyüklərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev rəhbərlik edəcək.
İdman.biz