Azərbaycan millisi Avropa çempionatında daha 7 medal qazanıb - FOTO

Xəbərlər
13 May 2024 15:35
475
Azərbaycan millisi Avropa çempionatında daha 7 medal qazanıb - FOTO

Serbiyanın Novi Sad şəhərində gənc və yeniyetmə samboçular arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Sambo Federasiyasından İdman.bizə verilən məlumata görə, millimiz yarışda 7 medal qazanıb.

Gənclər üç (2 gümüş və 1 bürünc), yeniyetmələr isə dörd (4 bürünc) medal əldə edib. Gənclərdə Nicat Rəhimov (64 kq) gümüş, Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), həmçinin yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.

Ümumilikdə Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 1 gümüş, 8 bürünc) qazanıb.

Qeyd edək ki, bunadək böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medala yiyələnib.

İdman.biz

Məqalədə: