Samboçuları Larnakada mövsümün əsas startı gözləyir

Xəbərlər
4 Oktyabr 2024 14:50
225
Samboçuları Larnakada mövsümün əsas startı gözləyir

Bir həftə sonra samboda mövsümün əsas yarışı baş tutacaq.

İdman.biz xəbər verir ki, oktyabrın 11-13-də Larnakada (Kipr) dünya çempionatı keçiriləcək.

Turnirdə hər üç yaş kateqoriyası üzrə iştirakçılar - yeniyetmələr, gənclər və böyüklər mübarizə aparacaqlar. Həmçinin, döyüş sambosu üzrə yarış keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi də sambo mundialında iştirak etməyi planlaşdırır.

İdman.biz

Məqalədə: