Samboçular üçün ilin üç əsas yarışı

Xəbərlər
14 Yanvar 2025 16:13
75
Samboçular üçün ilin üç əsas yarışı

Beynəlxalq Sambo Federasiyası (FIAS) bu il üçün beynəlxalq yarışların təqvimini təqdim edib.

İdman.biz xəbər verir ki, siyahıda üç əsas turniri fərqləndirmək olar.

Sambo üzrə Avropa çempionatı aprelin 25-27-də Limassolda (Kipr) keçiriləcək.

Yayda bütün diqqətlər avqustun 7-17-də Çenqduda (Çin) təşkil ediləcək Dünya Oyunlarına yönələcək.

Dünya çempionatı isə Türkmənistanın paytaxtı Aşqabada həvalə olunub. Noyabrda keçiriləcək yarışın dəqiq tarixi daha sonra açıqlanacaq.

İdman.biz

Məqalədə: