Azərbaycan samboçusu Avropa çempionatının finalında mübarizə aparıb

Xəbərlər
25 Aprel 2025 20:07
188
Azərbaycan samboçusu Avropa çempionatının finalında mübarizə aparıb

Kiprin Limassol şəhərində sambo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan komandası hesabına 1 gümüş medal yazdırıb.

Adil Adilzadə (88 kq) finalda Sergey Ryabova (FIAS) məğlub olub.

Bu, komandamızın ikinci medalıdır. Bundan əvvəl Elvin Bağırov (64 kq) bürünc medal qazanaraq fərqlənib.

İdman.biz