Avropa çempionatında gümüş və bürünc medallar - FOTO

Xəbərlər
28 Aprel 2025 01:30
479
Avropa çempionatında gümüş və bürünc medallar - FOTO

Kiprin Limassol şəhərində sambo üzrə Avropa çempionatı və birincilikləri keçirilib.

İdman.biz xəbər verir ki, kişilər arasında qitə çempionatında Adil Adilzadə (88 kq) gümüş, Elvin Bağırov (64 kq) isə bürünc medallar qazanıblar.

Gənclər arasında keçirilən Avropa birinciliyində Nicat İsmayılov (58 kq) gümüş, Cavad İsayev (71 kq) isə bürünc medallara sahib çıxıblar.

Yeniyetmələr arasında Avropa birinciliyində isə Əbubəkir Hüseynov (98 kq) gümüş, Kənan Məmmədli (71 kq) və Rəsul Səmədli (+98 kq) isə bürünc mükafatçı olublar.

İdman.biz