Nigar Nəsirova: “Paris-2024-ə lisenziya qazanacağıma çox inanıram” - MÜSAHİBƏ

Müsahibə
8 Yanvar 2024 14:08
359
Nigar Nəsirova: “Paris-2024-ə lisenziya qazanacağıma çox inanıram” - MÜSAHİBƏ

Azərbaycan millisinin güllə atıcısı Nigar Nəsirovanın İdman.bizə müsahibəsi

- Ötən il sizin üçün uğurlu alındı. Dünya çempionu olmaqla ilkə imza atdız. Yeni ildən gözləntiniz nədir?

- Bu il əsas məqsədi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir. Həmçinin, fevralda Macarıstanda keçiriləcək Avropa çempionatında qızıl medal qazanmaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəm.

- Lisenziya qazanmaq şansınızı necə dəyərləndirərdiz?

- Buna çox inanıram və bunu bacaracağımı bilirəm. Çünki bütün var-gücümlə hazırlaşıram.

- Məşqləri artıq bərpa etmisiz?

- Bəli, məşqlərimiz artıq başlayıb. Bayramla əlaqədar olartaq istirahət günlərimdə belə boş dayanmadım. Öz məqşlərimə davam etdim.

- Sloveniyanın Ruşe şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəksən. Burada nə ümid edirsən?

- Sabah yarışa yola düşəcəyik. Turnir bir həftə davam edəcək. Yaxşı şəkildə hazırlaşmışam. İnanıram ki, qalib ola bilərəm.

- Bakıda Dünya Kuboku keçiriləcək. Bu yarışdan gözləntilərin nə olacaq?

- İnanıram ki, burada da birinci olacam və bayrağımızı yüksəklərdə dalğalandıraraq, himnimizi səsləndirməyi bacaracam.

Banuçiçək Hüseynli
İdman.biz