Avropa çempionatında ikinci bürünc

Xəbərlər
27 Fevral 2024 19:28
353
Avropa çempionatında ikinci bürünc

Macarıstanın Dyor şəhərində 10 m məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması turnirdə növbəti medalı qazanıb.

Çempionatda Azərbaycanın oğlanlardan ibarət komandası fərqlənib.

Yığma üzvləri Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayev komanda yarışlarında bürünc medal qazanıb.

Qeyd edək ki, Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq komanda yarışlarında ölkəmizin hesabına ilk bürünc medalı yazdırıblar.

İdman.biz

Məqalədə: