Martın 14-16-da Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı idman növü üzrə Bakı kuboku keçiriləcək.
İdman.biz xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda qızlar, oğlanlar, qadınlar və kişilər arasında stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə fərdi, həmçinin qarışıq komanda yarışlarında qaliblər bəlli olacaq.
Yarışlarda paytaxt Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klubları və məktəbləri iştirak edəcək. Kubokun qarışıq komanda yarışları martın 14-də, fərdi yarışları isə ayın 15-16-də baş tutacaq.
İdman.biz