Ruslan Lunyov 24-cü yeri tutub

Xəbərlər
10 May 2024 15:48
227
Ruslan Lunyov 24-cü yeri tutub

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda daha bir növdə təsnifat mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, kişilərin tapança ilə 25 m məsafədən atəş açmada mübarizəsində final mərhələsinə vəsiqələrin sahibləri bəlli olub.

Azərbaycan millisinin üç atıcısı medallar uğrunda mübarizəni dayandırıb.

Ən yaxşı təmsilçimiz Ruslan Lunyov 578 xalla 24-cü olub. Cəfər Sultanlı 560 xalla 47-ci, İlham Qarayev 554 xalla 51-ci yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsində 60 snayper mübarizə aparıb.

İdman.biz