Stend atıcılığı üzrə Azərbaycan çempionatı başlayıb

Xəbərlər
27 İyun 2024 13:17
174
Stend atıcılığı üzrə Azərbaycan çempionatı başlayıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə bu gün Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə ölkə çempionatına start verilib.

İdman.biz xəbər verir ki, yarış 3 gün davam edəcək.

Çempionatda Azərbaycanın müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: