Güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib - FOTO

Xəbərlər
9 Sentyabr 2024 14:33
78
Güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

10 m - Pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış
1. Vladislav Kalmıkov
2. Elvin Astanov
3. Musayev Hacı

10 m - Pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarış
1. Zeynəb Sultanova
2. Nigar Nəsirova
3. Xanna Əliyeva

10 m - Pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında yarışın qalibləri:
1. Üzeyir Tapdıqlı
2. Ramiz Xəlilov

Pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Nigar Ramazanova
2. Jalə Bayramova
3. ⁠Aynur Mahmudova

10 m - Pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı:
1. Nigar Nəsirova / Ruslan Lunev
2. Xanna Əliyeva / Hacı Musayev
3. Zeynəb Sultanova / Ənvər Mahmudov

10 m - Pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı:
1. Jalə Bayramova / Üzeyir Tapdıqlı
2. Nigar Ramazanova / Ramiz Xəlilov
3. Aynur Mahmudova / Hüseyn Əliməmmədov

25 m - Kiçik Çaplı tapançadan atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Xanna Əliyeva
2. Həqiqət Atayeva

Qeyd edək ki, ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədi ilə hər il atıcılıq üzrə Azərbaycan Çempionatı keçirilir.

İdman.biz

Məqalədə: