Azərbaycan snayperləri dünya çempionatında

Xəbərlər
24 Sentyabr 2024 18:25
243
Azərbaycan snayperləri dünya çempionatında

Gənclər arasında atıcılıq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız Perunun paytaxtı Limada 7 snayperlə təmsil olunacaq.

Sentyabrın 26-dan oktyabrın 7-dək keçiriləcək mundialda Leyli Əliyeva, Sofiya Barxalova, İmran Qarayev, Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova tapançadan atəş açmada mübarizə aparacaqlar. Nigar Ramazanova isə tüfəngdən hədəfi nişan alacaq.

Qeyd edək ki, çempionatda 50 ölkədən 536 atıcı iştirak edəcək.

İdman.biz