Nigar Nəsirova Dünya kubokunun finalında

Xəbərlər
25 Sentyabr 2024 15:17
128
Nigar Nəsirova Dünya kubokunun finalında

Atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin iştirakçılarının ilkin siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, 37 ölkədən 132 snayper Hindistanın Nyu-Dehli şəhərində keçiriləcək yarışa vəsiqəni artıq təmin edib.

Azərbaycan yığmasının bir atıcısının Asiyadakı mərhələyə qatılacağı dəqiqləşib. Nigar Nəsirova 10 m məsafədən tapança ilə atəş açmada mübarizə aparacaq.

Qeyd edək ki, kubokun final mərhələsi oktyabrın 13-18-də baş tutacaq.

İdman.biz