Tarixdə 3-cü: İlk dəfə komanda ilə

Xəbərlər
30 Sentyabr 2024 12:41
372
Tarixdə 3-cü: İlk dəfə komanda ilə

Azərbaycan millisinin atıcılıq üzrə gənclərin dünya çempionatları tarixində ilk gümüş medalı qazanıb.

İdman.biz xəbər verir ki, bu, Perunun paytaxtı Limada keçirilən mundialda baş verib.

Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət millimiz qadın komandaların pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışında ikinci olub. Bu, yığmamızın tarixinə dünya çempionatlarındakı 3-cü medal və ilk gümüş kimi düşüb.

Snayperlərimiz Peruya qədər 2 dəfə fəxri kürsüyə qalxıblar. İlk dəfə 2017-ci ildə Rusiyada təşkil olunan gənclərin mundialı ümumilikdə 4-cü dəfə keçirilir. Həm Moskvada, həm də 4 il sonra indiki kimi Limada keçirilən çempionatda medal qazanmayan yığmamızın uğurları Cənubi Koreyanın Çanqvon şəhərində qeydə alınıb.

2023-cü ildə atıcılarımız 50 m məsafədən pnevmatik tapança ilə atəş açmada qadınların fərdi yarışında fərqləniblər. Kristina Əliyeva qızıl, Leyli Əliyeva bürüncə sahib çıxıb.

Asiyadan bürünclə qayıdan Leyli bu dəfə komanda ilə gümüş əldə edib. O, gənclərin mundiallarında iki medal qazanan ilk təmsilçimiz olub. Hesabında bir qızıl, bir gümüş və bir bürünc olan yığmamız isə ilk dəfə komanda yarışında uğura sevinib.

İdman.biz

Məqalədə: