Ramazanova Peruda 85-ci yeri tutub

Xəbərlər
1 Oktyabr 2024 09:03
108
Ramazanova Peruda 85-ci yeri tutub

Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin daha bir atıcısı hədəf önünə keçib.

Nigar Ramazanova tüfənglə 10 m məsafədən atəş açmada dəqiqliyini sınayıb. O, təsnifat mərhələsində 604,4 xal toplayıb. Snayperimiz 90 iştirakçı arasında 85-ci olub.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dək davam edəcək.

İdman.biz