Dünya çempionatında 23-cü

Xəbərlər
4 Oktyabr 2024 09:29
269
Dünya çempionatında 23-cü

Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin daha bir snayperi hədəf önünə keçib.

İmran Qarayev 25 m məsafədən tapança ilə sürətli atəş açmada dəqiqliyini yoxlayıb. O, təsnifat mərhələsində 551 xalla 23-cü yeri tutub. Təmsilçimiz final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, mundial oktyabrın 7-dək davam edəcək.

İdman.biz

Məqalədə: