Azərbaycan atıcısı dünya çempionu olub

Xəbərlər
6 Oktyabr 2024 21:49
163
Azərbaycan atıcısı dünya çempionu olub

Perunun Lima şəhərində keçirilən gənclər arasında atıcılıq üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan atıcısı İmran Qarayev qızıl medal qazanıb.

Oğlanlar arasında 50 metr məsafəyə atəş üzrə keçirilən yarışda atıcımız final mərhələsində 552 xal toplayıb. İmran rumıniyalı və hindistanlı rəqiblərini geridə qoyaraq gənclər üzrə dünya çempionu olub.

Qeyd edək ki, sentyabr 26-da start götürən çempionata sabah yekun vurulacaq.

İdman.biz