Azərbaycan atıcıları gənclər arasında dünya çempionatında daha bir medal qazanıblar.
İdman.biz xəbər verir ki, Perunun Lima şəhərində keçirilən yarışda Sofiya Barxalova fəxri kürsüdə yer alıb.
O, qızlar arasında 50 metr məsafəyə atəşaçmada final mərhələsini 535 xalla başa vurub. Bu nəticə Sofiyaya bürünc medal qazandırıb. Qızıla Macarıstan, gümüşə isə Hindistan atıcısı yiyələnib.
Qeyd edək ki, yığmamızın daha bir üzvü İmran Qarayev eyni məsafəyə yarışda qızıla sahib çıxıb.
İdman.biz